Ucarda qadın boğularaq öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Faiq Qurbanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

***
Ucarda qadın boğularaq öldürülüb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir