Ötən ay Rusiyadan Gürcüstana tədarük olunan maye qazın həcmi illik müqayisədə 1,8 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb.

Hesabat dövründə Rusiya bu ölkəyə 7,45 min ton qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,47 min ton və ya 87,2% çoxdur.

 

Gözəl Həşimova