Danimarkada Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücum təşkil edilib.

İqtisadiyyat.az xəbər verir ki, hücumu yenə də İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri həyata keçiriblər.

Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında İslamı təhqir edən şüarlar səsləndirən və Quranı yandıran qrup türk məhsullarını boykot etməyə çağıran anti-islam pankartları da açıb. 

Təxribat polisin mühafizəsi ilə baş verib.