Türkiyənin Kayseri vilayətində İŞİD terror təşkilatı üzvü olduqları müəyyən edilən 8 şübhəli polis qrupları tərəfindən saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayətin Bölgə Təhlükəsizlik Müdirliyi məlumat yayıb.

Həyata keçirilən əməliyyat çərçivəsində qruplar 8 şəxsin terror təşkilatı üzvü olduğunu müəyyən edib. Şübhəlilər ünvanlarında keçirilən əməliyyat zamanı yaxalanıb.

Evlərdə axtarış zamanı rəqəmsal materiallar ələ keçirilib.