Türkiyənin Konya vilayətinin Səlcuqlu bölgəsində zəlzələ baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli saatla 18:06-da qeydə alınıb. Zəlzələnin dərinliyi 7.24 km olmaqla 5.0 bal gücündə baş verib. 

Təlafat və dağıntılar barədə məlumat verilməyib.