Türkiyə hakimiyyəti qlobal qiymət artımı və quraqlıq səbəbilə zeytun yağı ixracını dayandırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkə zeytun yağının ixracını noyabrın 1-dək dayandırmaq qərarına gəlib. Bildirilib ki, İtaliya və İspaniyadakı quraqlıq səbəbilə qlobal zeytun yağı istehsalı 20% azalıb.

 

Gözəl Həşimova