Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 10-11-də Qazaxıstana rəsmi səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. 

" Nazir Fidan Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Nurtileunun dəvəti ilə bu ölkəyə səfər edəcək. Səfər çərçivəsində strateji tərəfdaşımız qardaş Qazaxıstanla ikitərəfli əlaqələrimiz, eləcə də cari regional və beynəlxalq hadisələr müzakirə olunacaq", - açıqlamada qeyd edilib.