“Can Azərbaycana salamlarımı çatdırıram”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün səsvermədə iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan 105 il əvvəl müstəqilliyini əldə edib: “Azərbaycanın müstəqillik gününü ürəkdən təbrik edirəm. Bu gün bizim üçün vacib tarixdir”.