Türkiyə Azərbaycan və Ermənistan arasında daimi sülhün əldə edilməsi üçün atılan addımlara dəstək verməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (TŞ) bu gün keçirilən iclasından sonra yayılmış bəyanatda deyilir.

Qeyd edilib ki, Azərbaycan-Ermənistan danışıqlarında müsbət irəliləyişlər əldə olunub. Həmçinin bu müsbət dəyişikliklərin sülhü təmin edəcək razılaşma ilə nəticələnəcəyinə əminlik ifadə edilib.