"Türkiyə Hərbi Dəniz Qüvvələri ABŞ-nin daha əvvəl İsrail-Fələstin münaqişəsi ilə bağlı iki hərbi gəmi göndərdiyi Şərqi Aralıq dənizində hərbi təlimlər keçirməyi planlaşdırır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təlimlər oktyabrın 16-dan 20-dək baş tutacaq. Bundan əlavə, oktyabrın 23-dən 27-dək Şimali Kipr Türk Cümhuriyyətinin hərbçiləri ilə də birgə təlimlər keçiriləcək.