Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İqtisadiyyat.az quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 5% bəndi artırılıb.

Məlumata görə, bank uçot dərəcəsini 30 %-dən 35 %-ə qaldırıb.

Xatırladaq ki, bank uçot dərəcəsini sentyabrın 21-də keçirilmiş iclasında 25 %-dən 30 %-ə yüksəldib.

 

Gözəl Həşimova