Türkiyənin Ədirnə vilayətində FETÖ və PKK terror təşkilatları ilə əlaqədə olmaqda şübhələnilən və Yunanıstana qaçmaq istəyən 26 şəxs saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, Ədirnə Jandarma Komandanlığı qrupları və 54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının sərhəd bölmələri tərəfindən son bir həftə ərzində Yunanıstan sərhədindəki birinci dərəcəli hərbi qadağan olunmuş zonada həyata keçirilən nəzarətlər zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 26 terror təşkilatı şübhəlisi saxlanılıb.

Şübhəlilərdən 25-nin FETÖ, birinin isə PKK-ya üzv olmaqdan axtarışda olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilərlə bağlı araşdırmalar davam etdirilir.