Tovuz rayon Suvarma Sistemləri İdarəsi elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "BAKU SUPPLY COMPANY" MMC olub. Qalib şirkətə 225.402,42 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 350 AZN, predmeti isə 4 müxtəlif ölçülü polad və polietilen boruların satınalınmasıdır.

Satınalan təşkilatın VÖEN-i:  7300168331

Satınalan təşkilatın ünvanı:   Tovuz rayon Düz Cırdaxan kəndi

Ətraflı: https://www.etender.gov.az/main/competition/detail/287755