Ucar sakini tir tüfəngindən atılan güllə nəticəsində yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Ucar rayonunun Alpout kənd sakini T.Tağıyevin tir tüfəngindən atılan güllə nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

İlkin araşdırma ilə hadisənin rayonun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyini müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.