Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1650 tibb işçisinə 1,5 milyon manat məbləğində müddətli əlavə verilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli qərarına əsasən, dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.