Çinin Şanxay şəhərində keçirilən “North Bund Forum 2023” beynəlxalq aviasiya forumu çərçivəsində Türk Hava yolları (THY) ilə Çin Şərq Hava Yolları  (China Eastern Airlines) arasında anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə THY-nin Mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, koronavirus epidemiyasının bitməsi ilə Türkiyə-Çin bazarının bərpasından sonra Çin Şərq Hava Yolları İstanbula uçuşlar təşkil etmək qərarına gəlib. Bu qərar və müzakirələrə uyğun olaraq, China Eastern Airlines bu gün ilk uçuşunu həyata keçirib. 

Bildirilib ki, Şanxay-İstanbul marşrutu üzrə reyslər qarşılıqlı şəkildə, həftədə üç dəfə həyata keçiriləcək.

Şanxayda keçirilən görüşdə iki aviaşirkət arasında əməkdaşlığın inkişafı və genişləndirilməsinə dair razılıq əldə olunub.