Təxminən 150 min hektar ərazini əhatə edən yanğınla əlaqədar Texasın 60 əyalətində fövqəladə vəziyyət elan edilib.

Bu barədə İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir.

Məlumata görə, ilkin səbəb istidə quru otları yandıran güclü külək olub. Bu günə qədər yanğınlar nəticəsində 150 ​​min hektardan çox ərazi yanıb.

Təbii fəlakət ötən gün təxminən 2000 mənzili işıqsız qoyub.

Yanğın nəticəsində yüzlərlə ev yanıb. Ölənlər barədə məlumat yoxdur.

 

Gözəl Həşimova