Mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə İqtisadiyyat.az-a Tərtər rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Əsgərov Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

17:03

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.

Bu barədə İqtisadiyyat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.