Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar departamenti elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "ARCHIMED" MMC olub. Qalib şirkətə 210.310,94 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 350 AZN, predmeti isə Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri işlərinin həyata keçirilməsidir.

Satınalan təşkilatın VÖEN-i:    1300390531

Satınalan təşkilatın ünvanı:    Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129

Ətraflı: https://www.etender.gov.az/main/competition/detail/287941

Xatırladaq ki, tenderin qalibi olan "ARCHIMED" MMC ilə bağlı ötən il bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanmışdı. Bu faktla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət etmişdi.

"Archimed” MMC-nin qanuni təmsilçisi Mirzəyev Tacir Seyidağa oğludur. 10 manat nizamnamə kapitalı olan şirkət 22 may 2017-ci ildə dövlət qeydiyyatına alınıb.