Azərbaycanda tələbələrə vahid tələbə kartı olan "Tələbə Plus" kartlarının verilməsinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, endirim imkanı verən bu kartların oktyabrın 15-dən etibarən verilməsi planlaşdırılıb.

Qeyd olunan tarixdən etibarən ilkin mərhələdə ölkə üzrə layihəyə qoşulan 11 ali təhsil müəssisəsinin tələbələrinə sözügedən kartların təqdim olunması nəzərdə tutulub.

Bu kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcək və xüsusi imtiyazlara sahib olacaqlar. Sözügedən kartlar təkcə yeni tələbə adını qazananlara deyil, həmçinin yuxarı kursda oxuyanlara da veriləcək.