Milli.Az xəbər portalına yeni baş redaktor təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu vəzifəyə jurnalist Asif Mehman təyinat alıb.

Qeyd edək ki, Asif Mehman bu təyinatadək Trend İnformasiya Agentliyində redaktor vəzifəsində çalışıb.

Xatırladaq ki, 2010-cu ilin fevralın 1-də yaradılan Milli.Az xəbər portalı ölkənin ən populyar saytlarından biridir.