Tehran Birjası İran prezidenti İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırmaq qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə birjanın Direktorlar Şurasının üzvü Reza Eyvazlu məlumat verib.

"Birja bu gün və rəsmi bildiriş gələnə qədər yaxın bir neçə gün ərzində bağlı olacaq", - deyə o qeyd edib.

 

Gözəl Həşimova