“Hazırkı dövrdə xəstəxanaların səlahiyyətləri genişləndirilib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Səhiyyə Menecmenti Zirvəsində çıxış edən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, son dövrlər ölkədə aparılan səhiyyə forumları idarəetmə ilə bağlıdır.

"Əvvəllər xəstəxanalar baş həkimlər tərəfindən idarə olunurdusa, hazırda xəstəxanalar direktorlar tərəfindən idarəetməyə keçib. Bundan başqa, xəstəxanaya əlavə səlahiyyətlərin verilməsi xidmət səviyyəsinin yüksəldilməsinə təkan verib", o əlavə edib.

Qeyd edək ki, Zirvə “Sağlam Ailə” və “Facemark” şirkətlərinin ortaq təşkilatçılığı ilə həyata keçirilir.

Gülşən Şərif