TƏBİB Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad filialının üç tələbəsinin qızılca virusuna yoluxması faktı ilə bağlı məlumat yayıb.

Qurumdan İqtisadiyyat.az-a daxil olan məlumatda deyilir:

"2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.  

Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir".

Xatırladaq ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad filialının üç tələbəsi qızılca virusuna yoluxub.