Tayvan silahlı qüvvələri bir gündə Xalq Azadlıq Ordusunun (XQO) 7 təyyarəsi və 14 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir. 

Qeyd edilib ki, son 24 saat ərzində adanın yaxınlığında dörd Çin dəniz polisi gəmisi də görünüb. Hesabatda qeyd edilir ki, Tayvan ordusu hədəfləri izləmək üçün təyyarə, gəmi və yerüstü zenit-raket sistemlərindən istifadə edərək cavab verib.

Çin ordusunun Şərq Döyüş Komandanlığı Zonası mayın 23-də Tayvan, həmçinin Dongyin, Mazu, Vuqiu və Kinmen adaları ətrafında iki günlük "Birgə Qılınc 2024A" təliminin başladığını elan edib. Təlimlərdə quru və raket qüvvələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri də iştirak edib. Bildirib ki, təlimlər separatçı qüvvələrə xəbərdarlıq xarakteri daşıyır.