Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Emirhan Muttakinin başçılıq etdiyi Taliban nümayəndə heyəti Qətərin paytaxtı Dohada ABŞ-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest və onu müşayiət edən nümayəndə heyəti ilə Əfqanıstan ətrafındakı məsələləri müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Taliban hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, ABŞ və Taliban heyətinin iki gün ərzində müxtəlif səviyyələrdə danışıqlar apardığını bildirib.

İki tərəf arasında etimadın yaradılması və bu istiqamətdə əməli addımların atılmasının prioritet olduğunu, qara siyahı və sanksiyaların (Talibana qarşı) ləğv edilməsi və Əfqanıstanın dondurulmuş hesablarının sərbəst buraxılması lazım olduğunu bildirilib.

Qeyd edilib ki, Əfqanıstanın iqtisadi sabitliyi, narkotiklərlə mübarizə və insan haqlarının müzakirə edildiyi görüşdə bu ölkəyə humanitar yardımın davam etdirilməsi, Əfqanıstana rahat səyahət, əfqanlara xaricdə konsulluq xidmətlərinin göstərilməsi də müzakirə olunub.