Taylandın Sunqay Kolok bölgəsindəki atəşfəşanlıq anbarında baş verən partlayışda yaralananların sayı 121-i, ölənlərin sayı isə 12 nəfəri ötüb.

İqtisadiyyat.az “Bangkok Post”a istinadən bildirir ki, anbarın ətrafındakı 292 evə ziyan dəyib, 50-i tamamilə dağılıb.

Açıqlamada yaralılardan 111-nin müalicəsinin tamamlandığı, 10 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.