Tacikistanın Üləmalar Şurasının sədri və baş müftisi Səidmukərram Abdukodirzoda Düşənbənin mərkəzi məscidinə hücum məruz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Çərşənbə günü axşam namazı başa çatdıqdan sonra Düşənbə şəhərinin mərkəzi məscidində bir vətəndaş xuliqanlıq niyyəti ilə Tacikistan üləmasının sədri Səidmukərram Abdulkodirzodun bədəninə deşici alətlə xəsarət yetirib", - deyə məlumatda bildirilir.

Həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra baş müfti evə buraxılıb. Yaranın yüngül olduğu məlum olub. Cinayətkar məscidin yaxınlığında növbətçi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tez bir zamanda saxlanılıb.