Tacikistan hökuməti paytaxt Düşənbənin və digər regionlarının enerji təchizatını yaxşılaşdırmaq üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 6,5 milyon dollar dəyərində elektrik avadanlıqları alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin energetika və su ehtiyatları naziri Daler Cuma jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, yeni transformatorları qəbul edən yarımstansiya Düşənbə şəhərinin yarısını enerji ilə təmin edir.

 

Gözəl Həşimova