Türkiyənin TV8 kanalında yayımlanacaq “Survivor All Star 2024” populyar yarışmasının ilk 3 iştirakçılarının adı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TV8-in rəhbəri və “Survivor All Star 2024”ün təşkilatçısı Acun Ilıcalı bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə “Survivor”un çempionu olmuş Nihat Altınkaya bu il ulduzlar yarışına qatılacaq.

“Survivor All Star 2024”da yarışacaq digər məşhur sima Nagihan Karadere olacaq.

“Survivor 2017”nin çempionu Ogeday Girişken də iddialı rəqib kimi “Survivor All Star 2024”də olacaq.

“Survivor All Star 2024” tezliklə TV8-də yayımlanacaq.