İsrail Müdafiə Qüvvələri Suriyadan İsrail ərazisinə atılan iki mərmiyə artilleriya atəşi ilə cavab verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Suriyadan İsrail ərazisinə doğru iki mərmi atılması qeydə alınıb, onlar yaşayış olmayan əraziyə düşüb. İsrail ordusu buraxılış məntəqələrinə artilleriya atəşi ilə cavab verib", - deyə məlumatda bildirilir.

Bundan əvvəl ordunun mətbuat xidməti Qolan yüksəklikləri ərazisində hava hücumu sirenlərinin işə düşdüyünü bildirmişdi.