Sumqayıtda "Qazel" markalı yük avtomobili aşıb.

Bu barədə İqtisadiyyat.az-a hadisə şahidləri məlumat verib.

Bildirilib ki, hadisə şəhərin "Mero yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 10 GC 782 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomaşın yolun kənarına aşıb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisənin səbəbi araşdırılır.