Sumqayıtda açıq sahədə yanğın olub.  

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivi ərazisində qeydə alınıb.

500 kv.metr kol-kos və 7 ədəd müxtəlif ağac yanıb.  

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.  

Yanğın söndürülüb. Hadisənin səbəbi araşdırılır.