Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin "Çerkassi" küçəsində qeydə alınıb.

10 EF 069 dövlət qeydiyyat nömrə nişanlı "Nissan Maxima" ilə 50 DT 713 dövlət nömrə nişanlı "Toyota Prius" toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.