Ötən gün axşam saatlarında Sumqayıt şəhərində kanalizasiya xəttində qəza baş verib.

İqtisadiyyat.az xəbər verir ki, qəza nəticəsində Heydər Əliyev prospekti subasmaya məruz qalıb.

Müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunduqdan sonra qəza aradan qaldırılıb.

Ərazidə yığılmış su isə çəkilib.