Sumqayıt şəhərində itkin düşən 5 yaşlı uşaq tapılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 2018-ci il təvəllüdlü Əli Maqsud oğlu Muxtarzadə tapılaraq ailəsinə təhvil verilib.

Azyaşlı Sumqayıt şəhər Polis İdarəsi 3- cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində tapılıb.