Sumqayıtda 21 yaşlı qız itkin düşüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 14-cü məhəllə kimi tanınan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Şükürova Kəmalə Elxan qızı yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.