Sumqayıtda törədilən qətllə bağlı bəzi məqamlar açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, qətlə yetirilən Həsənalı Piriyevin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşadığı bildirilir.

Məlumata görə, onun hadisəni törətməkdə şübhəli bilinən Seymur Quliyevə 300 manat borcu olub. S.Quliyev dəfələrlə H.Piriyevdən borcunu qaytarmasını istəyib. Hadisə törədiləndən bir neçə saat öncə H.Piriyev tanışı ilə S.Quliyevin yanına gedərək məsələni həll etmək etmək istədiyini deyib. Bu zaman mübahisə yaranıb, nəticədə H.Piriyev bıçaqlanıb.

H.Piriyev qayınanasının evinə doğru gedərkən küçədə keçinib.

*** 08.12

Yanvarın 10-u saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan İqtisadiyyat.az-a verilən məlumata görə, araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, S.Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

*** 07.18

Yanvarın 10-də saat 2 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin İqtisadiyyat.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Seymur Şahmar oğlu saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır