Aprelin ortalarından bəri vətəndaş müharibəsinin davam etdiyi Sudanda hava məkanının bağlanması qərarı daha 2 həftə uzadılıb.

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən məlumat verir. Bildirilib ki, humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarı avqustun 15-dək uzadılıb.

Xatırladaq ki, Sudan hava məkanı aprelin ortalarında müntəzəm hava nəqliyyatı üçün bağlanıb.