"Şimali Atlantika Alyansı blokun üzvləri üçün Rusiyadan hər hansı hərbi təhlükə görmür". 

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Şimali Makedoniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib. 

O, jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib: "Biz Rusiyadan NATO müttəfiqləri və ya regiona birbaşa hərbi təhlükə görmürük".

Stoltenberq NATO-nun sayıq qaldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, alyans Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Şərqi Avropa ölkələrində mövcudluğunu gücləndirib.

NATO-nun baş katibi noyabrın 19-dan 22-dək Qərbi Balkanlarda səfərdədir.