Sosial şəbəkələrdə ən çox izlənilən klublar bəlli olub.

İqtisadiyyat.az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İspaniyanın “Real” klubu başçılıq edir.

Madrid təmsilçisinin ümumilikdə 363 milyon abunəçisi var. Bunlardan 79,9 milyonu “Twitter”, 135 milyonu “İnstagram”, 117 milyonu “Facebook”, 30,8 milyonu isə “Tik-tok” platformasındadır.

İkinci yerdə 342 milyon izləyici ilə (“Twitter” – 82,8; “İnstagram” – 119; “Facebook” – 112, “Tik-tok” – 28,3) İspaniyanın digər nəhəng klubu “Barselona” qərarlaşıb. İlk “3-lüy”ü 206 milyonla İngiltərə “Mançester Yunayted”i (“Twitter” – 41,5; “İnstagram” – 61,5; “Facebook” – 80,8; “Tik-tok” – 22,4) qapayır.

Türkiyə çempionu “Qalatasaray” 40,1 milyon (“Twitter” – 13,9; “İnstagram” – 12,6; “Facebook” – 12; “Tik-tok” – 1,6) izləyici ilə 18-ci, digər İstanbul təmsilçilərindən “Fənərbaxça” 29,8 milyonla (“Twitter” – 11,4; “İnstagram” – 8,7; “Facebook” – 8,6; “Tik-tok” – 1,1) 21-ci, “Beşiktaş” 17,6 milyonla (“Twitter” – 6,1; “İnstagram” – 5,5; “Facebook” – 5,4; “Tik-tok” – 0, 6) 33-cü sıradadır.