"Pençe-Kilit" bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamada qeyd edilib:

"Şimali İraqın terrorçulardan təmizlənməsi effektiv və qətiyyətlə davam edir.

Türk Silahlı Qüvvələrimiz "Pençe-Kilit" bölgəsində aşkarladığı 2 PKK terrorçusunu zərərsizləşdirib".