KİV nümayəndələrinin nəzərinə!

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İcbari Sığorta Bürosu (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) 24 iyun tarixində KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirəcək.

Dialoq formasında keçirilən seminarda iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə edə və onları maraqlandıran suallara cavab tapa biləcəklər. Palatadan İqtisadiyyat.Az-a verilən məlumata görə, seminar MBNP və İSB-nin ekspertləri tərəfindən keçiriləcək.

Seminardan sonra KİV nümayəndələrinin sığorta şirkətlərinə və MBNP-na ekskursiyası təşkil olunacaq. Yekunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Seminar və görüşlərdə iştirak etmək istəyən KİV-nümayəndələrindən iştiraklarını (Ad, Soyad, təmsil etdikləri qurum) info@isb.az e-mail ünvanına yazmaqla təsdiq etmələri xahiş olunur.