Seneqalda "TikTok" sosial media platformasına giriş bağlanıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Seneqal Rabitə Nazirliyi açıqlama yayıb. 

Nazirlikdən verilən yazılı açıqlamada "TikTok"un növbəti xəbərdarlığa qədər bloklandığı açıqlanıb.

“TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxahların seçdiyi proqramdır”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal hakimiyyəti ictimai asayişi pozacaq sosial mediada yayılan nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib.

Mobil internetin kəsilməsi 3-cü gündə də davam edir.