Şəmkir-Gədəbəy avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Abdullayev Rasim Abbas oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 1975-ci il təvəllüdlü Məmmədova Aytən Fərhad qızını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.