Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a bildirilib. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.