Şəkidə 65 yaşlı kişini ilan sancıb.

İqtisadiyyat.az apa-ya istinadən xəbər verir ki, rayonun Daşüz kənd sakini 65 yaşlı Fadəddin Sədrəddin oğlu Orucov təsərrüfat işləri ilə məşğul olan zaman onu ilan sancıb.

F. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. F. Orucova sol ayağın baldır nahiyəsindən ilan sancma dioqnozu qoyolub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.

F. Orucovun vəziyyətinin orta-ağır olduğu bildirilir.