Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon ərazisində iki nəfərin içərisində pul, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

DİN mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, araşdırmalarla onun Neftçilər prospektində yerləşən bir kafenin şüşəsini sındırması da müəyyən olunub.