Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları 36 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 21 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.