Şamaxı rayonunda 64 yaşlı kişi intihar edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Çuxuryurd kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Əlvan Təhməzov ağır xəstəlik səbəbindən yaşadığı evin həyətyanı sahəsində bağçadakı ağacdan özünü iplə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.